Markedonov: “Moskvaya Zəngəzur dəhlizi LAZIMDIR” – VİDEObackend

Markedonov: "Moskvaya Zəngəzur dəhlizi LAZIMDIR" - VİDEO

Moskva Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, “Beynəlxalq Analitika” jurnalının baş redaktoru Sergey Markedonov Ermənistan CivilNet-ə müsahibəsində bildirib. O, jurnalistin şərti sərhəddəki son gərginliklərlə bağlı suallarını cavablandırıb.

Jurnalistin sualı guya Azərbaycanın Zəngəzur dəhlizini “kəsmək” istəyi və bu dəhlizin Moskvaya nə qədər ehtiyacı ilə bağlı olub.

“Dəhliz mövzusu tez-tez çoxsaylı fərziyyələrin mövzusuna çevrilir. Ətraflı dialoqun hansı tonda baş verdiyini həqiqətən başa düşmək olduqca çətindir. Lakin Moskvaya dəhlizlər lazımdır, o, onların əhəmiyyətindən danışır, çünki onlar vasitəsilə geniş Yaxın Şərqə çıxış var”, -deyə Markedonov bildirib.

Onun sözlərinə görə, Ermənistan guya bu məqsədin reallaşmasına müəyyən formada töhfə verməyə hazırdır.

“Düzünü desəm, Moskvanın bu məsələ ilə bağlı rəsmi dəqiq mövqeyini bilmirəm. Çünki bu mövzu ən ümumi formada müzakirə olunur. Və ictimaiyyətə çox az sızdırılır.

Düşünürəm ki, Moskva heç kimin ona öz iradəsini diktə etməsini istəməzdi, lakin o, dəhlizdə maraqlıdır, xüsusən indi, sanksiyaların təzyiqi və Avropa istiqamətinin ciddi şəkildə bloklandığı bir şəraitdə”, – deyə Markedonov fikrini tamamlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Garachanta
    Sentyabr 27, 2022 - 21:09

    Siz – Konkret, kimin dayısı oldunuz bu yazı ilə? Rus gavurları bu qədərmi axmaqdırlar ki, Turanın Yolunu aşsınlar? Siz burda kimin təbliğatını aparırsınız?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*