Marqarita Simonyan: “Hakimiyyət əleyhdarlarını asmaq lazımdır”backend

Marqarita Simonyan: “Hakimiyyət əleyhdarlarını asmaq lazımdır”

Kremlin erməniəsilli təbliğatçısı, “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan hakimiyyət əleyhdarlarını asmağı təklif edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu təkliflə “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla bazar gecəsi” tok-şousunda çıxış edib.

Onun sözlərinə görə, Avropaya qoşun göndərmək, Rusiyada isə asmaq təhdidi ilə xaricdəki müxalifətlə mübarizə aparmaq lazımdır.

“Tariximizdə qraf Mixail Muravyov olub, hamının tanıdığı cəllad. O, edam edilmiş dekabristin – başqa bir Muravyovun qohumu idi. Bunun üçün onu günahlandıranda dedi: “Mən edam edilmiş Muravyovlardan deyiləm. Mən özü edam edən Muravyovlardan biriyəm”. Və o, həqiqətən 128 qulduru edam etdi. Əlbəttə, Qərb mediası onları quldurlar deyil, qiyamçılar, üsyançılar, Polşa üsyanının iştirakçıları adlandırırdı. Halbuki qiyam zamanı onlar təkcə rus hərbçilərinə deyil, həm də ruhanilərə və sadə insanllara qarşı ağlasığmaz vəhşiliklər törətmişdilər. Torpaq sahibi gənc mülkədar qadının çilçıraqdakı şamdan asılması ilə bağlı hadisə var… Demək istədiyim odur ki, bizə belə cəlladlar lazımdır. Qoy, onlar (müxalifəti nəzərdə tutur) isə endikləri yerlərdə qalsınlar, pablarda içərək ölsünlər”, – deyə Simonyan vurğulayıb.

Həqiqətən, erməni xisləti sağalmaz xəstəlikdir. Belə xislət yiyəsi olan Simonyanın azərbaycanlılara qarşı hansı fikirlərlə yaşadığını düşünmək belə dəhşətlidir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*