Masallıda çay kənarından avtomat tapılıbbackend

Masallıda çay kənarından avtomat tapılıb

Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından silah tapılması barədə məlumat daxil olub.

KONKRET. az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd “AKS-74U” markalı avtomat aşkarlanaraq götürülüb.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər. AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*