Masazırda saatlardır işıqsız qalıb- SƏBƏBbackend

Masazırda saatlardır işıqsız qalıb - SƏBƏB

Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarından elektrik enerjisinin verilişində fasilə yaranıb.

KONKRET.az Oxu.Az-a istinadən məlumat verir ki, gecə saat 04:00 radələrində ərazidə uzun məsafəli yeraltı elektrik kabelində qəza baş verib.

Hazırda “Azərişıq” ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər görülür. Məsafənin uzun olması səbəbindən proses mərhələli şəkildə aparılır.

Xəbərə görə, elektrik enerjisinin verilişinin bu gün saat 16 radələrində bərpa olunması gözlənilir.

Sözügedən qəza Masazır qəsəbəsinin Əliağa Vahid, General Həzi Aslanov, Nizami, Rafiq Dünyamalıyev və Hüseyn Cavid küçələrini, eləcə də ətraf əraziləri əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*