Maşın piyadanı vurub öldürdübackend

Maşın piyadanı vurub öldürdü

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün rayonun Dağlı kənd ərazisində baş verib.

Belə ki, rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Məhərrəmov Osman Hacı oğlunu vurub.

Osman Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*