Mask Texasda özünə şəhər TİKİRbackend

Mask Texasda özünə şəhər TİKİR

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, amerikalı sahibkar İlon Mask Ostin şəhəri (Texas ştatının paytaxtı) yaxınlığında yeni aldığı torpaqda öz şəhərini tikməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Maskın işçiləri onun ideyasını Texas utopiyası kimi təsvir ediblər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, planlaşdırılan şəhər iş adamının Texasdakı “SpaceX” və “Boring” şirkətinin binalarına bitişikdir. Artıq ərazidə modul tipli evlər, hovuz, açıq idman meydançası və idman zalı tikilib.

Maskın köməkçisi, “Boring Company”nin rəhbəri Stiv Devis iş adamının böyük şəhər salmaq planlarından danışıb.

Qeyd edək ki, Texas qanunlarına görə, şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*