Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldubackend

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar?!

Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur. Onun tarixi binanın memarlıq üslubuna, ölçülərinə və ümumi görünüşünə necə təsir etdiyi göz qabağındadır. Ağ Evin özünəməxsus memarlığı və proporsiyaları bu tikilinin yanında sanki itib-batır.

Bura Ağ Evdir! 250 ildən artıq tarixə malik, ABŞ-ın siyasi həyatının ən mühüm hadisələrinə şahidlik etmiş bir məkan. Burada təkcə Amerikanın deyil, bütün dünyanın taleyinə təsir edən qərarlar qəbul edilib. Belə bir tarixi məkana şəxsi mülkünə yanaşırmış kimi münasibət göstərmək olarmı? Məgər istədiyinə görə əlavə bir “banket zalı” tikdirdin?!

Məni bir inşaatçı kimi xüsusilə qəzəbləndirən məqam layihənin miqyasıdır. Bu tikilinin nə qədər böyük olacağı hələ layihə və çertyojlar hazırlanarkən bəlli idi. Deməli, kimsə bütün bunları görüb, razılaşdırıb və tikintinin aparılmasını normal hesab edib.

Bəs tikintinin dəyəri? Söhbət yüz milyonlarla dollardan gedir. Fotoda görünən işlərin həcminə baxanda bu qədər böyük məbləğin nəyə xərcləndiyini anlamaq çətindir. Əlbəttə, yalnız bir fotoşəkilə əsasən bütün smetanı qiymətləndirmək mümkün deyil. Elə buna görə də bu layihənin ətraflı maliyyə hesabatını görmək istərdim. Konkret olaraq hansı işlərə və materiallara bu qədər vəsait sərf olunur?

Sosial şəbəkələrdə amerikalıların şərhlərinə rast gəlirəm. Bəziləri yazır ki, 2028-ci ildə, hətta bu əlavənin sökülməsi üçün demokratlara səs verməyə hazırdırlar. Ölkə üzrə belə düşünənlərin nə qədər olduğunu deyə bilmərəm, amma onların narazılığını çox yaxşı başa düşürəm.

ABŞ vətəndaşları tikintinin dayandırılmasını, maliyyələşmənin kəsilməsini və Ağ Evin tarixi görkəminin bərpa olunmasını tələb edirlər. İndiyədək xərclənmiş pullar isə belə bir məkanın tarixi və memarlıq simasının korlanmasına davam etmək üçün ciddi əsas ola bilməz.

Məgər bütün Amerikada bu “banket zalı”nı tikmək üçün Ağ Evin ərazisindən başqa münasib yer tapılmadı?!

Natiq Səlim,
KONKRET.az
Müəllif: Denis Pereçesov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*