Mayamidə eniş edən təyyarədə güclü yanğın – VİDEObackend

Mayamidə eniş edən təyyarədə güclü yanğın - VİDEO

ABŞ-ın Mayami beynəlxalq hava limanında təyyarə yerə endikdən dərhal sonra yanğın baş verib.

KONKRET.az “NBC” teleşirkətinə istinadən xəbər verir ki, sözügedən təyyarə Dominikan Respublikasının “Red Air” aviaşirkətinə məxsus olub.

Məlumata görə, göyərtəsində 126 nəfər olan təyyarə yerli vaxtla 17:30-da yerə enib. Eniş zamanı təyyarənin ön şassiləri zədələnib. Nəticədə təyyarədə yanğın başlayıb. Yanğına tez bir zamanda müdaxilə edilib və söndürülüb.

Hadisə zamanı 3 nəfər yüngül xəsarət alıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*