“ABŞ qoşunları Rusiya ordusu ilə toqquşa bilər”.
KONKRET.az xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens səsləndirib.
O bildirib ki, Putin rejimi Ukraynada uğur qazanarsa, NATO ölkələrindən birinin ərazisini işğal edəcək və bu, avtomatik olaraq Amerikanın hərbi reaksiyasına səbəb olacaq.
“Mən əminəm ki, Ukrayna hərbçiləri Rusiyanın işğalını dəf etməsə, tezliklə Rusiya ordusu NATO qoşunlarının döyüşməli olacağı sərhədi keçəcək. Bu ölkələr Estoniya, Latviya, Litva, və Polşa da ola bilər”
Bu ilin iyununda Ukraynaya səfər edən prezidentliyə namizəd Kiyevə daha çox yardım göstərilməsinin tərəfdarı olduğunu bildirib:
“Ukraynaya döyüşmək, qalib gəlmək və Rusiya ordusunu geri çəkmək üçün lazım olan resursları verin… Çünki bu, bizim ən yaxşı maraqlarımıza uyğundur”, – deyə siyasətçi bildirib.
Burhan,
KONKRET.az