Maykl Ceksonun dul arvadı özünü onun ölümündə günahkar sayırbackend

Maykl Ceksonun dul arvadı özünü onun ölümündə günahkar sayır

“Mən bir şey etməliydim, amma etmədim”.

 

KONKRET.az “The Sun”a istinadla xəbər verir ki, bunu 2009-cu ildə həddindən artıq narkotik qəbulu nəticəsində dünyasını dəyişən Maykl Ceksonun dul arvadı Debbi Rou vildirib.

İfaçı haqqında çəkilən yeni sənədli filmdə 63 yaşlı Debbi Mayklın ölümündə qismən özünü günahlandırdığını etiraf edib və hadisələrin gedişatını dəyişməyin onun səlahiyyətində olduğuna inanıb. Qadın məşhura asılılığı aradan qaldırmağa kömək etmədiyi üçün səmimi təəssüflənir. O, musiqiçi haqqında danışaraq göz yaşlarını saxlaya bilməyib.

Rou deyib: “Mən bir şey etməliydim, amma etmədim. Asılılıq üzündən ölən bir neçə insan var və mən bu işdə müəyyən qədər iştirak edirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*