“Mazda” “Changan”la birlikdə yeni avtomobil markası istehsal edəcəkbackend

"Mazda" "Changan"la birlikdə yeni avtomobil markası istehsal edəcək

Mazda Changan ilə birlikdə satışa çıxaracağı yeni avtomobilini elan edib.

KONKRET.az xəbər verir ki, bu marka Atenza adlanır və “Mazda 6”nın davamçısıdır”.

Sedan avtomobil hibrid və tam elektrik variantları ilə istehsal olunub. Aprelin sonundan başlayaraq Pekin avtosalonunda yeni məhsul nümayiş ediləcək.

Çin mediası yazır ki, eyni vaxtda Mazda yeni model krossoverlər də istehsal edəcək. Bu avtomobilin satışı 2025-ci ildə başlayacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*