McDonald’s bu ölkədə də fəaliyyətini dayandırdıbackend

McDonald's bu ölkədə də fəaliyyətini dayandırdı

Rusiya bazarını tərk edən Amerikanın McDonald’s şirkətinin restoranları texniki səbəblərə görə Qazaxıstanda fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

“Hörmətli qonaqlar! Nəzərinizə çatdırırıq ki, McDonald’s restoranları texniki səbəblərdən müvəqqəti olaraq bağlanıb. Xəbərlərimizi izləyin, restoranların işini nə vaxt yenidən bərpa edəcəyi barədə sizə mütləq məlumat verəcəyik. Yaranmış narahatlığa görə üzr istəyirik”, – deyə restoranın sosial şəbəkələrin birindəki rəsmi səhifəsində bildirilir.

Güman edilir ki, Qazaxıstana xammal gətirən rəsmi təchizatçı Rusiyadan getdiyi üçün Qazaxıstandakı restoranlar bağlana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*