Ukraynaya hücumundan sonra Qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırmaq qərarına gəliblər. Rusiyadan çəkilməyə qərar verən şirkətlərdən olan “McDonald’s” da ölkəyə qayıtmaq üçün qapını açıq qoyub.
KONKRET.az xəbər verir ki, “McDonald’s” köçürmə müqavilələri edərkən geri dönüşü mümkün edən qayda müəyyən edib.
Seçim bəndinə əsasən, “McDonald’s” 15 il ərzində restoranlarını geri almaq opsionundan istifadə edə biləcək. Rusiya şirkətin transfer müqavilələrini təsdiqləyib. Rusiyadakı mağazalarını Alexander Govora satan “McDonald’s” istəsə, 15 il ərzində mağazalarını geri ala biləcək. Teleqraf.com
