MDB Oyunları: Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəldibackend

MDB Oyunları: Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəldi

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında stolüstü tennis üzrə Azərbaycan yığması mübarizəyə başlayıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, ilk yarış günündə kişilərdən ibarət milli üzvləri 3 görüşə çıxıb. 2-ci qrupda yer alan kollektiv ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Növbəti görüşdə yığma Rusiyaya eyni hesabla uduzsa da, daha sonra Ermənistanı yenməyi bacarıb – 3:1.

Qızlardan ibarət komanda isə 2 oyun keçirib. İlk görüşündə Belarusa 0:3 hesabı ilə uduzan yığma ikinci matçda Qırğızıstana eyni hesabla qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*