Medianın İnkişafı Agentliyi ASAN Radio ilə birgə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır.
Bu barədə KONKRET.az-a MEDİA–dan məlumat verilib.
Qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılması üçün bu gündən etibarən həm ASAN Radio-nun dalğasında səsləndirilən çarxlar, həm də sosial media hesablarımızda paylaşılan postlar vasitəsilə mövzu ilə əlaqədar əsas suallar cavablandırılacaq.
