“Audiovizual mediadan başqa digər media qurumlarının vergidən azad edilməsi istiqamətində qanun layihəsi müvafiq orqanlarla razılaşdırılıb və buna hökumət tərəfindən baxılır”.
KONKRET.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib:
“Qanun layihəsi özündə media qurumlarının əldə etdikləri reklam gəlirlərinin, eləcə də onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilən vergilərdən azad edilməsini ehtiva edir”.
Əhməd İsmayılov həmçinin media qurumlarının istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad olunmasının sözügedən qanun layihəsində əks edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, qanun layihəsində Media subyektlərinin 3 il müddətinə vergilərdən azad edilməsi nəzərdə tutulub.
Müşviq Tofiqoğlu,
KONKRET.az
