Medvedyev Ukraynaya getdibackend

Medvedyev Ukraynaya getdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev dünən Ukraynanın işğal olunmuş ərazilərinə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, jurnalist Nadana Fridrixsona açıqlamasında bildirib.

D.Medvedev deyib ki, o, Luqanska “luqansk və donetsk xalq respublikaları”nın və “işğaldan azad edilmiş digər ərazilərin” sakinlərinin müdafiəsinin yaxşılaşdırılmasını müzakirə etmək məqsədilə səfər edib.

Siyasətçi əlavə edib ki, hərbi əməliyyatlar zonasında olmaq onun üçün qorxulu deyil. “Qoy bizdən qorxsunlar”, – o qeyd edib.

“lxr”ə səfəri zamanı Medvedyev “respublikanın rəhbəri” Leonid Paseçnik və “dxr” rəhbəri Denis Puşilinlə görüşüb. Təhlükəsizlik Şurası rəhbərinin müavini Donbas sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə prioritet tədbirlərə dair də iclas keçirib.

Tədbirdə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, daxili işlər naziri Vladimir Kolokoltsev, tikinti naziri İrek Fayzullin, FTX-nin direktoru Aleksandr Bortnikov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər. İclasda həmçinin “lxr” və “dxr”in sosial-iqtisadi inkişafı, o cümlədən infrastrukturun bərpası, xəstəxanaların təmiri və məktəblərin dərs ilinin başlanmasına hazırlanması ilə bağlı məsələlər qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*