“Məgər bizim ləyaqətimiz 200 milyona satılır?” – Zurabişvilibackend

"Məgər bizim ləyaqətimiz 200 milyona satılır?" - Zurabişvili

“Bizim ləyaqətimiz 200 milyona satılır?”.

KONKRET.az xəbər vderir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisinin Azadlıq meydanında Gürcüstanın Müstəqillik Günü münasibətilə çıxış edərkən deyib.

Zurabişvili respublika hökumətini Qərb tərəfdaşları ilə münaqişəyə girməkdə və Rusiya ilə yaxınlaşmaqda ittiham edib.

“Bizim xarici siyasətimiz qeyri-müəyyənləşib, baxmayaraq ki, Avropa konstitusiyamızda təsbit olunub. Gündəlik bəyanatlar və hərəkətlər bizi Avropadan uzaqlaşdırır və təcrid vəziyyətinə salır.

Sual yaranır: “Avropa bizim sivilizasiya seçimimizdir” sözləri hara getdi?

Dostlarımızı, həmkarlarımızı, 30 ildir bizə yardım edən, dövlətin qurulmasında köməklik göstərən ölkələrlə mübahisə edirik, danlayırıq. Lakin biz ərazilərimizi işğal edənləri ürəkdən alqışlayırıq və qoruyuruq”, – prezident deyib.

Zurabişvili Rusiya Federasiyası ilə hava əlaqəsinin bərpası məsələsinə də toxunub. O qeyd edib ki, rəsmi qurumların respublikanın birbaşa uçuşlardan əldə edə biləcəyi ilkin gəlirləri hesablaması onun üçün təhqiramizdir.

“Bu gün “uçuşların” bizə neçə milyonlar qazandıracağını düşünmək mənim üçün anlaşılmaz və təhqirdir. Bizim ləyaqətimiz 200, yaxud 300 milyona satılır?”, – Zurabişvili bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*