backend

Məhkəmə Navalnının şikayətini TƏMİN ETMƏDİ

Moskvanın Babuşkinski məhkəməsi müxalif bloger Aleksey Navalnının Böyük Vətən Müharibəsi veteranına qarşı böhtanda ittiham olunduğu cinayət işi üzrə çıxarılan hökmə dair apellyasiya şikayətini rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat verib.

Navalnının vəkili qərardan kassasiya məhkəməsinə şikayət göndərəcəyini bildirib.

Zərərçəkən Artemenko məhkəmə prosesinə qatılmaqdan imtina edib.

Navalnı məhkəmə iclasına videokonfrans vasitəsilə qatılıb. O, bu işdə çox sayda qanun pozuntusu olduğunu bildirib:

“Artemenkonun imzaları daxil olmaqla bütün bunlar başdan ayağa saxta ittihamdır”.

Məhkəmə salonunda blogerin həyat yoldaşı Yuliya və bir neçə media nümayəndəsi də olub.

Qeyd edək ki, A. Navalnıya qarşı sözügedən ittihama Böyük Vətən Müharibəsi veteranı Artemenkonun Rusiya Konstitusiyasındakı dəyişiklikləri dəstəklədiyi videonu şərh edərkən işlətdiyi ifadələr səbəb olub. İttiham aktına görə, bloger videonun altına bilərəkdən qazinin şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli şərhlər yerləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*