Ermənistan Baş Prokurorluğu ölkə parlamentində baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, iş bir qrup şəxs tərəfindən xuliqanlıq edilməsi, həmçinin siyasi xadimlərin xidməti fəaliyyətinə müdaxilə məqsədilə onlara qarşı zorakılıq tətbiq edilməsi maddələri üzrə başlanıb.
Qeyd edək ki, oktyabrın 29-da Ermənistan parlamentində hakimiyyət və müxalifət deputatları arasında kütləvi dava baş vermişdi. Münaqişəyə onlarla deputat qoşulmuşdu. Parlamentin spikeri Ruben Rubinyan iclası dayandırsa da, deputatlar arasında mübahisə parlamentin dəhlizlərində də davam etmişdi.
