Mehman Əliyev jurnalistikadan getdibackend

Mehman Əliyev jurnalistikadan getdi

Tanınmış jurnalist Mehman Əliyev artıq jurnalistika sahəsində fəaliyyət göstərməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə o Modern.az-a açıqlamasında deyib.

“Hazırda jurnalistika sahəsində fəaliyyət göstərmirəm. Yeni media strukturu yaratmaq barədə də düşünmürəm. Gələcəkdə də bu sahədə fəaliyyət göstərməyəcəm”, – jurnalist bildirib.

M.Əliyev bundan sonra hansı fəaliyyətlə məşğul olacağı ilə bağlı suala cavabında isə belə deyib:

“Mən artıq 3 ildir ki, təqaüdçüyəm”.

Qeyd edək ki, bir müddət əvvəl M.Əliyevin təsisçisi olduğu Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırıb. Buna səbəb agentliyin maliyyə problemləri olub. Martın 11-də “Vergilər” qəzetində “Turan İnformasiya Agentliyi” MMC-nin ləğv ilə bağlı kreditorlara müraciət də ünvanlanıb. Artıq agentliyin saytına da daxil olmaq mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*