Mehriban Əliyeva dirijor Rauf Abdullayevi yubileyi münasibətilə TƏBRİK ETDİbackend

Mehriban Əliyeva dirijor Rauf Abdullayevi yubileyi münasibətilə TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş dirijor Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edib.

KONKRET.az paylaşımı təqdim edir:

“Hörmətli Rauf Abdullayev!

Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, milli musiqi mədəniyyətimizin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*