Mehriban Əliyeva idmançılarımızı təbrik etdibackend

Mehriban Əliyeva idmançılarımızı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında etdiyi paylaşımda “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

KONKRET.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*