backend

“Mehriban Əliyeva Şuşada, Anna Akopyan isə Moskvada” - "Vestnik Kavkaza"

Təzada fikir verin: Mehriban Əliyeva Şuşada, Anna Akopyan isə Moskvada. Ana Akopyanı başa düşmək olar. İntiqam hissi ilə radikallaşan bir cəmiyyətin mövcud olduğu Ermənistan Baş nazirin xanımı üçün heç də arzu olunan məkan deyil. Çünki İkinci Qarabağ müharibəsində İrəvanın təslim olması ilə bağlı əhalinin qəzəbinin necə sona çatacağı məlum deyil. Ancaq Anna Akopyan sadəcə çoxuşaqlı bir ana deyil, həm də siyasətçidir. Yoxsa kameralar qarşısında kamfulyaj geyinib, avtomatla poza verməzdi. Mehriban Əliyeva Şuşaya qəhrəman əsgərləri ziyarətə gələrkən, bəlkə xanım Akopyan da Moskvaya siyasi və iqtisadi hədəflər üçün gedib. Bəlkə müharibə zamanı ciddi ziyan görən Ermənistanın iqtisadiyyatını bərpa etmək üçün Rusiyadakı zəngin erməni diasporundan kömək istəyəcək? Nə bilmək olar. Bu barədə məlumat verilmir, çünki səfər qeyri-rəsmidir. Amma yaddaşımız buna inanmağa imkan vermir. Çünki yaxın keçmişə qədər həm postsovet məkanında, həm də birbaşa Ermənistanda Rusiya layihələrinə qarşı barışmaz bir şəkildə münasibət göstərən baş nazirin həyat yoldaşının Moskvaya bu niyyətlə getməsi heç də inandırıcı görünmür. Ehtimallara görə xanım Akopyan Rusiya vətəndaşı olmaq istəyir. Bunun üçün Moskvada və ya Moskva vilayətində əmlak almaq arzusundadır. Qeyd edək ki, Anna Akopyan şayiələrə münasibətdə “demokratikdir”.

Xatırladaq ki, təxminən iki il əvvəl Nikol Paşinyan arvadını və qızını da götürərək Brüsselə getmişdi. Bundan sonra erməni mətbuatı qızların boş yerə vaxt itirmədiklərini, bahalı restoranlarda və butiklərdə alış-veriş etdiklərindən yazırdı. Onda Akopyanın reaksiyası çox gecikməmişdi. Baş nazirin xanımı kimi deyil, bir jurnalist kimi həmkarlarını peşəkarsızlıqlarına görə danlamışdı. Guya o və qızı küçənin bir tərəfində, erməni jurnalistlər isə digər tərəfdə gəzirdilər. Amma heç biri yaxınlaşıb soruşmadı ki, “Niyə Brüsselə gəldiniz, kimin hesabına bütün günü gəzib-dolaşdınız?” Bir sözlə, Anna Akopyan o zaman jurnalistləri günahkar çıxarmışdı.

Belə bir acı təcrübə yaşayan Akopyan bəs bu dəfə niyə profilaktik tədbirlər görmədi? Və niyə Moskvaya, kimin hesabına və hansı pulla getdiyini izah etmədi?  Ancaq … Anna Akopyanın veb saytında ən son xəbər 27 noyabr tarixdə yazılıb. Beləcə, Akopyan sosial şəbəkələrdə susur. Amma proqnozlaşdırıldığı kimi, baş nazirin və xanımının əleyhdarları daha aktivdi və hətta “bu iki il yarımda çox iş görmüş ailəni cəzalandırmaq üçün ölüm hökmünün qaytarılmasını təklif edirlər”. Və Paşinyanları “təsis etdikləri fonddakı dəhşətli korrupsiyaya görə” cavab verməyə çağırırlar …

“Vestnik Kavkaza”, 16 yanvar 2021.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*