Meksikada avtobus yol qəzasından sonra yandı – Ölənlər varbackend

Meksikada avtobus yol qəzasından sonra yandı - Ölənlər var

Meksikada ağır yol qəzası baş verib.

KONKRET.az bu barədə “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə ölkənin şimal-şərqindəki Tamaulipas ştatında, Syudad-Viktoriya və Monterrey şəhərləri arasındakı magistral yolda baş verib.

Belə ki, traktorun daşıdığı və içərisində tez alışan maddənin olduğu çən nəqliyyat vasitəsindən ayrılaraq sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobus yanaraq külə dönüb.

Hadisə yerinə gələn xilasedicilər yanan avtobusun içərisindən 9 nəfərin cəsədini çıxarıblar.

Hələlik rəsmi təsdiqini almayan məlumata görə, ölənlərin sayı ən azı 18 nəfər ola bilər.

Traktorun sürücüsü hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*