Meksikanın prezidenti koronavirusa yoluxdubackend

Meksikanın prezidenti koronavirusa yoluxdu

Meksikanın prezidenti Andres Manuel Lopes Obrador koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə latınamerikan dövlətinin başçısı “Twitter” səhifəsində yazıb.

“Təəsüflə sizə koronavirusa yoluxduğumu bildirirəm. Simptomlar yüngüldür, amma artıq müalicə alıram. Həmişəki kimi nikbin qalıram”, – mesajda deyilir. 67 yaşlı siyasətçinin sözlərinə görə, səhərki konfranslarda onu daxili işlər naziri Olqa Sançes Kordero əvəz edəcək. “Ölkə rəhbərliyini Milli Saraydan izləyəcəm”, – o əlavə edib.

Qeyd edilir ki, 2020-ci ildə Meksika hökumətinin bir neçə üzvü, o cümlədən maliyyə və ictimai kredit naziri Arturo Herrera koronavirusa yoluxublar. Hamısı sağalıb və vəzifələrinin icrasına qayıdıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*