Melitopol Zaporojyenin müvəqqəti “paytaxt”ı olacaqbackend

Melitopol Zaporojyenin müvəqqəti "paytaxt"ı olacaq

“Zaporojye vilayəti  Rusiya Federasiyasına daxil olduqdan sonra Melitopol müvəqqəti paytaxt olacaq”.

KONKRET.az xəbər verir ki, bunu “RİA Novosti”yə Zaporojye vilayətinin rusiyapərəst administrasiyasının baş şurasının üzvü Vladimir Roqov bildirib.

“Biz artıq Rusiya Federasiyasının subyekti kimi Zaporojye vilayətinin nizamnaməsini hazırlamağa başlamışıq”, – o əlavə edib.

Qeyd edək ki, Zaporojye vilayətinin regional mərkəzi olan Zaporojye şəhəri hazırda Ukrayna silahlı qüvvələrinin nəzarətindədir.

Xatırladaq ki, sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərmanlar imzalayıb. Bu gün bu ərazilərin Rusiyaya daxil olması ilə bağlı sənədlərin imzalanması planlaşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*