Məmmədyarov və Rəcəbov qələbə qazandıbackend

Məmmədyarov və Rəcəbov qələbə qazandı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

KONKRET.az xəbər verir ki, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib.

37 yaşlı qrossmeyster 7 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşıb. 35 yaşlı şahmatçı ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*