“Mən bu qərarla razı deyiləm” – Aqil Abbas birdəfəlik yardımdan danışdıbackend

"Mən bu qərarla razı deyiləm" - Aqil Abbas birdəfəlik yardımdan danışdı

Xəbər verdiyimiz kimi, koronavirus pandemiyası ilə əlaqədar dövlətin hazırladığı sosial yardım proqramları çərçivəsində qeydiyyatda olan 200 min işsiz şəxs iki ay müddətinə 190 manat birdəfəlik yardımla təmin olunacaq.

Birdəfəlik ödəmə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin keçirdiyi mətbuat konfransında “Ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz” açıqlaması cəmiyyətdə heç də xoş qarşılanmadı.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbasın KONKRET.az-a açıqlamasını təqdim edirik:

“Mən bu qərarla razı deyiləm. Necə yəni ailədə bir nəfər işləyirsə digər üzvlər yardım ala bilməz? Əgər işləyən şəxsin maaşı o ailənin təminatını ödəyə bilmirsə və ya ailə fərdlərinin sayı çoxdursa onda necə? Bu məsələyə yenidən baxılmalıdır. Üstəlik karantinə görə işləyə bilməyən ofisantlar, günəmuzd işçilər, restoranların və digər iaşə obyektlərinin işçiləri, ümumiyyətlə, maddi durumu çox aşağı olan ailələr də nəzərə alınmalıdır”- deyə o, bildirib.

Fəqan MUXTAR

KONKRET.az

  • Günay
    Aprel 8, 2020 - 16:40

    Salam. Mən özüm isleyirem əmək haqqım minumum 250-270arasi dəyişir. Yoldaşım surucudu. İki usaqim var.1aydirki yoldaşım işləmir. Hər gün corey gündəlik ərzaqimizi o alırdı. Mənim kreditim var 250manatin 123manatin kredit verirem. Bəs biz necə dolanaq? Əlbəttə ki qərar düzgün deyil. Şirvan şəhərində yaşayıram. Helə maaşı ayın axırı alaçıq. Bəs uşaqlar nə yeyib içsin? Belə qayda düzgün deyil. Ya sərnişin daşımağa icazə yoxdu evdə oturur yoldaşım. Biz necə edək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*