“Mən danışmağa başlayacağam və dayanmayacağam”. Puqaçova Ukraynadakı müharibəyə görə, Qalkini müdafiə etmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə onların ailə dostu, rusiyalı publisist Marat Gelman “Və ildırım çaxdı” YouTube şousunun efirində deyib. Rusiyalı ulduz Alla Puqaçova müharibə əleyhinə mövqeyinə görə, Rusiya Federasiyasında mühakimə oluna biləcək əri Maksim Qalkini müdafiə etməyə hazır olduğunu açıqlayıb.
Gelman Puqaçovanın sözlərini sitat gətirib: “Əgər Maksimə qarşı iş başlasalar, o zaman mən danışmağa başlayacağam və dayanmayacağam”.
O, həmçinin əlavə edib ki, Puqaçova hələ də Ukraynadakı müharibə barədə sussa da, ukraynalıları dəstəkləyir.
Gelman qeyd edib ki, Puqaçova Putinin başlatdığı müharibəni dəlilik hesab edir, lakin o, hələ onun rejiminə qarşı mübarizə aparmağa hazır deyil.
Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərində Alla Puqaçova Maksim Qalkin və uşaqlarla birlikdə İsrailə yola düşüb.
Oradan şoumen informasiya müharibəsi aparır və Ukraynadakı müharibə ilə bağlı həqiqətləri danışır.
Belə sərt anti-müharibə mövqeyinə görə o, artıq Rusiya Federasiyasında “qadağan edilib”. Qalkin altı il işlədiyi Birinci Kanaldan qovulub. Həm də bütün konsertləri ləğv edilib. Bundan əlavə, Rusiyada ona qarşı cinayət işi başlamaq istəyirlər.
İndi o, İsraildədir və artıq bir sıra konsertlər elan edib və əldə etdiyi gəlirin bir hissəsini ukraynalı qaçqınlara kömək üçün köçürəcək.
Xatırladaq ki, bundan əvvəl Maksim Qalkin sükutu pozaraq müharibənin onu necə dəyişdirdiyini göstərmişdi.
Xuraman Etibarlı,
KONKRET.az
