“Məndə bu qədər pul yoxdur” – Yermakdan ŞOK SÖZLƏR – VİDEObackend

"Məndə bu qədər pul yoxdur" – Yermakdan ŞOK SÖZLƏR - VİDEO

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andriy Yermak məhkəmə tərəfindən müəyyən edilmiş 180 milyon qrivna (təxminən 4 milyon dollar) məbləğində girovun onun imkanları daxilində olmadığını bəyan edib. O, maliyyə vəziyyətinin yalnız rəsmi bəyannaməsində əks olunan rəqəmlərlə məhdudlaşdığını bildirib.

KONKRET.az xəbər verir ki, Yermak məhkəmə prosesi zamanı girov məbləğinin həddindən artıq yüksək olduğunu vurğulayıb: “Məndə qətiyyən belə bir məbləğ yoxdur. Mənim yalnız bəyannaməmdə qeyd olunan və qeydə alınan vəsaitlərim var”.

Eks-rəhbərin vəkili İqor Fomin də girov məbləğinin reallıqdan uzaq olduğunu qeyd edərək maraqlı müqayisə aparıb. “180 milyon qrivna – bu, pulla dolu bütöv bir cip deməkdir”, – deyə vəkil məbləğin fiziki və maliyyə baxımından nə qədər böyük olduğunu diqqətə çatdırıb. Müdafiə tərəfi hesab edir ki, belə bir yüksək girov məbləği əslində şəxsin azadlıqda qalmaq hüququnun məhdudlaşdırılmasına xidmət edir. Hazırda məhkəmənin girov şərtlərini yenidən nəzərdən keçirib-keçirməyəcəyi müzakirə mövzusudur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*