“Mənə deputat mandatı versələr də sağ olsunlar, verməsələr də” – Hafiz Hacıyevbackend

"Mənə deputat mandatı versələr də sağ olsunlar, verməsələr də" - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin növbəti parlament seçkilərində deputat mandatı alacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

Yayılan məlumatların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün KONKRET.az-ın əməkdaşı H.Hacıyevdən münasibət öyrənib.

H.Hacıyev saytımıza açıqlamasında bu məlumatlardan xəbərsiz olduğunu bildirdi: “Bu, mənə maraqlı deyil. Mənə deputat mandatı versələr də sağ olsunlar, verməsələr də. Əgər sizdə belə bir informasiya varsa, çox minnətdaram”.

Ənvər Şüküroğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*