Bu gün saat 18 radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Həsən Mirzəzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
