“Mercedes” VAZ 2106″ ilə toqquşdu, ölən varbackend

"Mercedes" VAZ 2106" ilə toqquşdu, ölən var

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2106” markalı avtomobildə olan sərnişin, şəhər sakini -1974-cü il təvəllüdlü Cəfərova Bənövşə Nəriman qızı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*