Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş – 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
