Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir – YENİLƏNİB + FOTObackend

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, vida mərasimi mərhumun yaşadığı  “Jurnalistlər binası”nın qarşısında baş tutur.

Mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi daha sonra dəfn olunmaq üçün Lənkəran şəhərinə aparılacaq.//Report

***

11:46

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

KONKRET.az xəbər verir ki, mərasim saat 13.00-da Jurnalistlər binasının həyətində olacaq.

Mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkəran aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*