Merkel Putinin sözlərini ciddi qəbul etməyə ÇAĞIRDIbackend

Merkel Putinin sözlərini ciddi qəbul etməyə ÇAĞIRDI

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı dediklərini ciddi qəbul etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti yazıb.

Merkel hesab edir ki, Putinin sözlərini ciddi qəbul etmək zəiflik deyil, siyasi müdriklik əlamətidir:

“Onun dediklərini ciddi qəbul edin. Bu heç bir halda zəiflik və ya təvazökarlıq deyil, siyasi müdriklik əlamətidir”.

Qeyd edək ki, Rusiya Prezidenti sentyabrın 21-də qismən səfərbərlik barədə qərarını açıqlayarkən ölkəsinin ərazi bütövlüyünə təhlükə yarananacağı təqdirdə bütün müdafiə vasitələrindən istifadə ediləcəyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*