Bu gün Moskva Kremlində Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Merkel İranın Ukraynanın “Boeing 737” təyyarəsini vurmasını etiraf etməsinə münasibət bildirib.
“Məsuliyyət daşıyacaq günahkarlar tapılıb. İndi isə qəzada vətandaşlarını itirən dövlətlərlə məsələnin həllini tapmaq lazımdır. Təbii ki, sona qədər açılması gərəkən faciənin nəticələrini müzakirə etmək zəruridir”, – Merkel deyib.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-I Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.
Qafqazinfo.az
