ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ keçmiş əməkdaşı Coşua Şulte 40 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, o, qurum tarixində ən böyük informasiya sızıntısına yol verməkdə ittiham edilib.

Qeyd edək ki, 35 yaşlı proqram mühəndisi Şulte casusluq, hesabların sındırması, məhkəməyə hörmətsizlik, FTB-yə yalan ifadələr vermək və uşaqlara qarşı zorakılıqda təqsirli bilinib.
Şulte həm də 2017-ci ildə 8761 məxfi sənədi Wikileaks-ə ötürməkdə günahlandırılır. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, bu, MKİ tarixində ən böyük informasiya sızmasıdır.
“Vault 7” ləqəbli və 2017-ci ildə Wikileaks-ə sızan sənədlərdə MKİ-nin hazırlanmış proqram təminatı ilə smartfonlara, kompüterlərə və televizorlara sızmasını təmin edən mexanizmlər açıqlanıb. ABŞ kəşfiyyatının bu vasitələrdən istifadə edərək telefonları dinləmə cihazına çevirə bildiyi iddia edilib.
Natiq Səlim,
KONKRET.az
