Məşhur aparıcıya vəzifə verildibackend

Məşhur aparıcıya vəzifə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə məşhur aparıcı Alidə Mustafayeva təyin olunub.

KONKRET.az-ın məlumata görə, o, artıq vəzifəsinin icrasına başlayıb.

Məsələ ilə bağlı Alidə Mustafayeva belə deyib:

“Bu məsələ ilə bağlı söhbətlər var. Əmrimin gəlməsini gözləyirəm. Belə bir söhbət var və mən təkzib etmirəm. AzTV-dəki işimlə bağlı hələ dəqiq bir məlumat yoxdur. Bu səbəbdən indi sizə dəqiq bir məlumat verə bilməyəcəyəm”.

Qeyd edək ki, Alidə Mustafayeva illər əvvəl ATV-də, İTV-də və AzTV-də xəbərlər proqramını aparıb.//Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*