Məşhur Dubay şokoladı ziyanlıdır? – Həkimdən XƏBƏRDARLIQbackend

Məşhur Dubay şokoladı ziyanlıdır? - Həkimdən XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olması üzə çıxıb.

Dubay şokoladının ümumi çəkisi adətən 200-300 qram və qiyməti 25-45 manat arasında dəyişir. Mütəxəssislərin hesablamalarına görə, bu desertin bir çubuğunda təxminən 1000 kalori var və bu normadan artıqdır.

Bəs insanların böyük marağına səbəb olan və həddindən artıq satılan bu şokoladın zərərlərindən onların xəbəri varmı?

Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı məlum olub ki, Dubay şokoladının ziyanlarından xəbərdar olan da var, onu alıb dadına baxmağı seçən də.

“Dubay şokoladına 40 manatdan çox pul verdim. Amma dadı o qiymətə dəymir. Uşaqlarım da yemədilər”, – deyə sakinlərdən biri deyib.

Həkim Abbas Bağırov şirin qidaları, ümumiyyətlə, insan orqanizmi üçün zərərli hesab edir. Dubay şokoladı da belə qidalardan biridir.

“Bu şokoladın kalorisi yüksəkdir və istifadəsi yuxu pozğunluğuna gətirib çıxara, həmçinin öd və böyrək daşlarının yaranmasına səbəb ola bilər. Dubay şokoladındakı fıstıq kimi inqrediyentlərin tərkibində olan bioloji aktiv maddələr hormonal sistemdə narahatlıq da yarada bilər”, – deyə A.Bağırov bildirib.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*