Məşhur ulduzun nişanlısı toy günü öldü – FOTObackend

Məşhur ulduzun nişanlısı toy günü öldü - FOTO

“X Factor” oyunun məşhur ulduzu Tom Mannın nişanlısı Danielle Hampson toy günü qəfildən ölüb.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, bu barədə ulduz sosial şəbəkədə məlumat yayıb. 8 aylıq körpəsi ilə birgə fotosunu paylaşan Tom Mann bu hadisənin şokundan ayıla bilmədiyini qeyd edib:

“Əzizim Dani, mənim ən yaxşı dostum, hər şeyim və ən əsası həyatımın eşqi – 18 iyun şənbə günü səhər tezdən vəfat etdi. Həyatımızın ən xoşbəxt günü olmalı idi, amma böyük təəssüflə başa çatdı. Özümü bir okean qədər ağlamış kimi hiss edirəm.

Biz ilk rəqsimizi oynamalı idik, amma bu cür oldu. Sən mənim dünyam və mənim başıma gələn ən gözəl şeysən. Oğlumuz üçün güclü olmağa çalışacam. Sənin üçün sonsuza qədər darıxacam”.

Hempsonun ölüm səbəbi açıqlanmayıb. İddialara görə əvvəllər onun səhhətində müəyyən problemlər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*