Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsi üçün yekun heyəti açıqlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Lionel Messi də yığmaya dəvət alıb.
Xatırladaq ki, ötən il Amerika Kubokunun Çili ilə oyunundan sonra Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) tənqid edən 33 yaşlı hücumçu 3 ay müddətinə beynəlxalq matçlardan kənarlaşdırılmışdı.
Təcrübəli oyunçu həmin vaxtdan sonra ilk dəfə milliyə çağırılıb.
