“Meta”nın çat-botu Zukerberqi istismarda İTTİHAM ETDİbackend

"Meta"nın çat-botu Zukerberqi istismarda İTTİHAM ETDİ

“Meta”nın süni intellekt çat-botu(chat-bot) “BlenderBot 3” şirkətin rəhbəri Mark Zukerberqin pul qazanmaq üçün insanları istismar etdiyini bildirib.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, “BlenderBot 3″dən Zukerberq haqqında nə düşündüyünü soruşduqda, “Onun şirkəti insanlardan pul üçün istifadə edir və o buna əhəmiyyət vermir. Bu dayandırılmalıdır”, – cavabını verib.

Şirkətdən bildirilib ki, prototip çat-bot süni intellekt texnologiyasına əsaslandığından istənilən mövzuda söhbət edə bilir, bəzən kobud və təhqiredici ifadələr işlədir.

Qeyd edək ki, “Facebook”, “Instagram” və “WhatsApp” kimi geniş sosial media platformalarına sahib olan “Meta” yanlış məlumatların ötürülməsinə qarşı kifayət qədər iş görmədiyi üçün çox tənqid edilib.

İqbal Rzayev,

KONKRET,az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*