Milli Depozit Mərkəzinə yeni sədr müavini təyin olundubackend

Milli Depozit Mərkəzinə yeni sədr müavini təyin olundu

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

KONKRET.az xəbər verir ki, bu vəzifəyə Elçin Quliyev təyinat alıb.

Elçin Quliyev V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edib, daha əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Həmçinin, uzun illər bank və vergi sistemində rəhbər vəzifələrdə təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*