Milli Məclisin iclası başladı – YENİLƏNİBbackend

Milli Məclisin iclası başladı - YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb.

***

09:24
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxildir.

Bunlar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən biri koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələrlə bağlıdır.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*