backend

Milli Məclisin iclası təxirə salındı - SƏBƏB

Milli Məclisin sabah keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Səbəb kimi isə iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavablarının iyunun 23-də bəlli olacağı göstərilib.

Növbədənkənar plenar iclasının keçiriləcəyi yeni tarixlə bağlı məlumat veriləcək.

Xatırladaq ki, Milli Məclisin deputatı Sahib Əliyevin koronavirus testi bir neçə gün öncə pozitiv çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*