Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaqbackend

Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə dekabrın 14-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş “Bizim Albert” Rəqs Festivalının yekun konserti keçiriləcək.

KONKRET.AZ-ın məlumatına görə, idarədən bildirilib ki, tədbir Qara Qarayev adına Mərkəzi incəsənət məktəbində baş tutacaq.

Rəqs festivalının yekun tədbirində münsiflər heyətinin üzvləri Xalq artisti Cəmilə Bayramova, Əməkdar artist Tahir Eynullayev, Emil Pənahov və Səbinə İsmayılova qaliblərə diplomlar təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*