“Azovstal”ın dağıdılmasına görə Rusiya məhkəmədə cavab verəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı milyarder Rinat Axmetov NB-yə müsahibəsində bildirib. Rinat Axmetov sahibi olduğu “İliç” adına Mariupol Dəmir-Polad Zavodunun və “Azovstal” zavodunun ərazisindəki sənaye obyektlərinin dağıdılmasına görə, Rusiyaya qarşı 17-20 milyard dollarlıq iddia qaldıracağını açıqlayıb.
Milyarder Axmetov “Azovstal”ın dağıdılmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. Zərər 20 milyard dollar qiymətləndirilir.
“”İliç” adına MMK və “Azovstal”ın Rusiyanın təcavüzü nəticəsində itkiləri 17 milyard dollardan 20 milyard dollara qədərdir. Yekun məbləğ Rusiyaya qarşı iddia ərizəsində müəyyən olunacaq”, – deyə milyarder bildirib.
Həmçinin, Axmetovun sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində Avdeevka Kola, Luqansk İES kimi müəssisələr və onlarla sənaye infrastrukturu və yaşıl enerji obyektləri qismən və ya tamamilə məhv edilib.
Qeyd edək ki, Rinat Axmetov ukraynalı sahibkar və siyasətçidir. 2021-ci ilin sentyabrında Bloomberg sərvətini 10 milyard dollar qiymətləndirib. Forbes dünya reytinqinə görə, 2021-ci ildə Axmetov 7,6 milyard dollar kapitalla dünyanın ən varlı adamları arasında 327-ci yerdə qərarlaşıb.
Xuraman Etibarlı,
KONKRET.az
