Rus əsilli erməni milyarder Samvel Karapetyan Ermənistana investisiya axını vəd edib. Dünən “Taşir” şirkətlər qrupunun sahibi modernizasiyadan sonra Axtanak yarımstansiyasının açılışında iştirak edib. KONKRET.az xəbər verir ki, jurnalistlərlə söhbət zamanı iş adamı respublikanın iqtisadiyyatının vəziyyəti və şəxsən ona qarşı hakimiyyətin münasibətilə bağlı bəzi maraqlı təfərrüatları bölüşüb.
Samvel Karapetyan “iqtisadi inqilab” olaraq xarakterizə etdiyi vəziyyətin Ermənistanda erkən mərhələdə olduğuna inandığını bildirib. Üstəlik, iş adamı Rusiya tərəfinin bu işdə birbaşa iştirak edəcəyini açıq şəkildə söyləyib.
“Biz hökumətlə birlikdə işləyirik və yeni layihələri müzakirə edirik. Yeni investisiyalar barədə də məlumat verəcəyik, hər şeyin öz vaxtı var”, – deyə Karapetyan öyünüb.
Bundan əlavə, rusiyalı iş adamının sözlərinə görə, şəxsən onun Ermənistan hakimiyyəti ilə münasibətlərində problem yoxdur. Müvafiq suala cavab olaraq Samvel Karapetyan, “bu məsələdə hər şeyin normal olduğuna” əmin edib.